Sevdiyim, gözlərin aldı canımı,
Yağı qəmzələrin qanımı tökər,
Düşsə hər kim, dəxi çıxmaz torundan,
Görüm bu zülfdür ya ki, müşki-tər?
Başına örtübdür tirmeyi-abi,
Qaşları başlayıb nazü itabi,
Aman, saqi, gətir ol meyi-nabi,
Bu cəlladın qılıncından əlhəzər!
Xəcil etdi üzün güli-əhməri,
Oda yaxdı zülfün müşkü ənbəri,
Şərməndə eylədi lə’lü gövhəri,
Görüm bu qönçədir, ya tüng-şəkkər?
Bu necə nərgizdir, bu necə gözdür?
Bu necə lalədir, bu necə üzdür?
Bu necə şəkərdir, bu necə sözdür?
Nə belə lə’l olur, nə belə gövhər.
Nəbati, gül gəldi, açıldı lalə,
Çəkginən bülbül tək gülşəndə nalə,
Sənə qurban, saqi, dur, ver piyalə,
Salginən canıma meydən bir şərər.
bu ,necə , ,belə ,ya ,saqi ,bu necə ,nə belə ,görüm bu ,sözdür nə ,necə sözdür
درباره این سایت